1Mart “Ümumdünya mülki müdafiə günü” cərcivəsində tədbir kecirildi

1 mart Ümumdünya Mülki Müdafiə Günü, 1931-ci ilin mayında tibbi xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Təşkilatın vəzifələri həm müasir müharibələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi - Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

28 fevral 2020 tarixində BİTK-də Ümumdünya Mülki Müdafiə günü cərcivəsində “ Mülki müdafiə və hər bir evdə ilk yardım edən” adi altında tədbir kecirildi.Tədbiri Kərimov Arif Əjdər oğlu MMQ rəisi, Vəliyev Qəzənfər Müzəffər oğlu GCQH rəhbəri, Bəkirov Azər Qoca oğlu Hərbi hazırlıq müəllimi, Əliyev Sərdar Səfərəli oğlu Hərbi hazırlıq müəllimi kecirtdilər.

Tədbirdə yangın əleyhinə tədbirlər haqqında videocarx izlənildi, sonra tələbələri kollecin həyətinə cıxarıb süni yangın maketinin ətrafında toplayaraq yanğınsöndürmə balonundan necə istifadə etmək qaydaları izah olundu.

1.yangınsöndürmə balonunun üzərində plomb qırılır;

2.qoruyucu cixarılır;

3.yanginsödürmə balonunun şlanqi yangın mənbəyinə tuşlanır;

4.əyləc basılaraq balonun tərkiindəki məhlulla yangın söndürülür.

Tədbirin sonunda tələbələr yangınsöndürmə təlimində əyani istirak etdilər.