26 Fevral 2020-ci il tarixində ”Xocalı Soyqırımı anım günü” keçirildi

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan edilib. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-üuşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur.

Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir.

Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir.

Fevralın 26- si Bakı İdarəetmə və Texnologiya Kolleccində də ”Xocali Soyqırımı anım günü” adi altında tədbir keçirildi. Tədbirdə kollecin rəhbər, pedaqoji və tələbə heyəti iştirak etdi.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni sədaları altında Xocalı Soyqırımı faciəsi qurbanlarının xatirəsi anılaraq bir dəqiqəlik sükutla yad edildi. Kollecin tələbə-gənclər təşkilatının təşəbbüsü ilə tələbələr Xocalı faciəsini əks etdirən  ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, daha sonra bu qanlı faciəni çəkərək həqiqətləri əks etdirən jurnalist Çingiz Mustafayevin filmi izlənildi.

Sonda qanli faciə qurbanlarinin  xatirəsini   anmaq üçün kollecin rəhbər, müəllim və tələbə heyəti  Xocalı abidəsini ziyarət edərək əklillər qoyuldu