21 fevral 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə maarifləndirici tədbir keçirdi

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci ildən etibarən Təhsil Nazirliyinin tabeliyində olan Bakı şəhərində və regionlarda yerləşən orta ixtisas və peşə-ixtisas təhsil müəssisələrində müxtəlif istiqamətlərdə maarifləndirmə tədbirləri uğurla həyata keçirir.

2020-ci ildə nəzərdə tutulan tədbirlərdən biri də BİTK-da həyata keçdi. Tədbirdə bir sıra mövzular müzakirə olundu:

1. Azərbaycan xalqına xas olan milli-mənəvi, ailə dəyərlərinin təbliği, vətənpərvərlik ruhunda tərbiyə;

2. Ailənin psixoloji iqliminə, yeniyetmə və gənclərin ailədə şəxsiyyət kimi formalaşmasına təsir edən amillər

3. Gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqloizm, tütün məmulatları, QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi;

4. Ana və uşaqlrın sağlamlığının yaxşılaşdırılması (uşaqların ana südü ilə qidalandırılması), talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması;

5. Erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi və erkən nikahın yaratdığı fəsadlar.

Müzakirəyə qoyulan mövzular ətrafında kollecin pedaqoji və tələbə heyyəti ilə disputlar keçirildi. Tələbələrə anonim sorğu vərəqi paylanıldı, tədbirin sonunda ailə və mənəvi dəyərləri təbliğ edən film izlənildi.