Baki İdarəetmə və Texnologiya Kollecində 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar tədbir keçirildi.

20 Yanvar 1990-cı il Azərbaycanlıların yaddaş tarixində qanlı yanvar günü kimi əbədi iz salıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda amansızlığına görə çox dəhşətli olan, dinc əhalinin kütləvi sürətdə qırılmasına gətirib çıxaran, cinayətkarlıq aktı törədilmişdir. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə əvəzsiz itkiləri, yaraları ilə deyil həm də düşündürücü ibrət dərsləri ilə unudulmamalıdır. 30 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Bakıda elə bir faciə baş verdi ki, onu dillə təsvir etmək qeyri-mümkündür. Bu hadisə Azərbaycan xalqını dərindən sarsıtdı, dünyada kədərli bir əks-səda verdi.

Qan yaddaşəmıza həkk olan bu faciədə dinc sakinlərdən 136 nəfəri öldürülmüş, 744 nəfəri yaralanmış və xəsarətlər almışdır. Onların arasında qadın, qoca və uşaqlar, azərbaycanlı, rus, tatar və yəhudilər vardı. Ölüm bir çoxlarını mənzillərində yaxalamışdı. Təpədən dırnağa qədər silahlanmış rus əsgərləri amansızcasına şəhərin küçələrində hərəkət edən qadına, qocaya, uşağa məhəl qoymadan qanlarına qəltan edirdilər. O gün Azərbaycan xalqının tarixinə qara hərflərlə yazıldı.

Artıq 30 ildir ki Azərbaycanda 20 Yanvar faciəsi  “Qara Yanvar” günü kimi qeyd edilir. Həmin gün Şəhidlər Xiyabanına gələn insan selinin ardı-arası kəsilmir. Azərbaycanda və onun  hüdudlarından kənarda 20 Yanvar haqqında çox yazılıb, çox danışılıb. Hələ çox illər keçəcək 20 yanvar Şəhidləri heç vaxt unudulmayacaq.

Baki İdarəetmə və Texnologiya Kollecində bu faciənin 30 illiyi ilə əlaqədar  müəllim və tələbə heyət ilə bərabər tədbir keçirildi. Tədbirdə iştirak edən tələbələr çıxışlar etdilər. Tədbirin sonunda kollecin direktoru Faiq Şahbazlı çıxış edərək şəhidlərimizin gənc nəslin yaddaşında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanlar kimi həkk olunaraq heç vaxt silinməyəcəklərini bildirdi.

 

Tədbirin sonunda bir dəqiqəlik sükut ilə şəhidlərimizin əziz xatirəsi yad edildi.