26 dekabr 2019-cu il tarixində Pedaqoji Şuranın iclası keçirildi.

Bakı İdarəetmə və Texnologiya Kollecində 2019/2020-ci ilin fəaliyyət planına uyğun olaraq 26 dekabr tarixində Pedaqoji Şuranın növbəti iclası keçirildi.

Cari məsələlər üzrə hesabat çıxışında:

1. Dərs dinləmələrinin və açıq dərslərin keçirilməsi barədə “Metodkabinet”in müdiri Xəlil Bağırov

2. 2019/2020-ci tədris ili üçün əyani şöbənin payız imtahan sessiyasına hazırlıq məqsədilə müəllimlərlə işlərin aparılması barədə “Azərbaycan dili” kafedrasının müdiri Gülnar Əkbərova

3. Kollokviumların və sərbəst işlərin təşkili haqqında “Qeydiyyat bölməsi”nin rəhbəri Aybəniz Qasımova

4. 2019/2020-ci tədris ili üçün Qiyabi şöbədə payız imtahan sessiyasının gedişi barədə Qiyabi şöbənin müdiri Gülşən Əzizova

5. 2019/2020-ci tədris ilinin payız imtahan sessiyasına hazırlıq barədə Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova

6. 2019/2020-ci tədris ilinin birinci yarımilində təlim-tərbiyə işlərinin aparılması haqqında Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova məruzə etdilər.

Görülmüş cari məsələlər üzrə hesabat məruzələri dinlənildikdən sonra kollecin dirketoru Faiq Şahbazlı çıxış etdi və yetişən gənc nəslin bizim gələcəyimiz olduğunu vurğulayaraq ümummilli lider Heydər Əliyevə istinadən qeyd etdi: “Ulu öndər Heydər Əliyev gənclərə güvənərək onlara böyük etimad göstərirdi və deyirdi. - Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.

Yekun çıxışı olaraq Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı payız imtahan sessiyasının operativ və şəffaf keçirilməsi barədə kollecin pedaqoji kollektivinə öz tövsiyyələrini etdi. Həmçinin kollecin direktoru Faiq Şahbazlı qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə pedoqoji kollektivi təbrik edərək onlara işlərində uğurlar arzuladı.

 

Yekunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.