Bakı İdarəetmə və Texnologiya Kollecində əl işləri sərgisi

19 dekabr 2019-cu il tarixdə BİTK tələbələrinin əl işlərindən ibarət sərgi keçirildi.Sərginin təşkil edilməsi və keçirilməsi’’ Texnologiyalarin idarə olunması’’ şöbəsinin müdiri Gülnarə Qurbanovaya məxsusdur.Sərgidə şöbənin’’ Dizayn və Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi’’ ixtisasları üzrə təhsil alan tələbələrin əl işləri nümayiş etdirildi.Gənc istedadların sərgilədiyi işlər böyük marağa səbəb oldu.

Sərgiyə Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov dəvət olunmuşdu. Tələbələrin əl işləri ilə tanış olan nazir müavini gənc istedadlarla görüşərək milli dəyərlərin qorunması və təbliğində onların gördüyü işləri təqdirə layiq olduğunu vurğulayaraq onlara gələcək işlərində uğurlar arzuladı.

 

Tədbirin sonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı çıxış edərək qeyd etdi. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Gənclər siyasətinin əsas istiqamətlərindən biri’’ İstedadlı gənclərlərə dövlət qayğısıdır’’. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatcısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün gənclərini toplamalı vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə prezidentinin etimadını həmişə doğrutmalıdırlar.