Bakı İdarəetmə və Texnologiya Kollecində dekabrın 09-da master klass keçirildi.

Müəllim - Ağazadə Gülər Hüsü qızı

Fənn - Ali riyaziyyatın əsasları

Mövzu - Müəyyən inteqral. Müəyyən inteqralın hesablanması.

Qrup - A151

Master klass dərs - 09 dekabr 2019

Dərs ilk öncə Azərbaycan Dövlət Himni ilə başladı. Dekabr ayında ümummilli lider H. Əliyevin anım gününə, Dünya azərbaycanlılarının həmrəylik gününə təsadüf olunduğu tələbələr tərəfindən qeyd edildi.

Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məlumat verildikdən sonra müəllim Ağazadə Gülər və tələbələrin ümummilli liderin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edən və Fəxri xiyabana getdikləri sujet nümayiş etdirildi. Sonra 1 dəqiqəlik sükutla H. Əliyevin xatirəsi yad edildi.
Dərs prosesi 3 yarışma formasında 2 komandaya ayrılmaqla keçirildi.

1- ci komanda - Müəyyən inteqral

2- ci komanda - Qeyri müəyyən inteqqral

1- ci yarışmada hər komandadan 1 tələbə mövzunu izah elədi. Yarışmada aktiv iştirak edən tələbələr hədiyyələrlə təltif olundu.

2-ci yarışma zamanı komandanın ardıcıl 5 tələbəsi bakalın içində yazılmış misalları çıxarıb lövhədə həll etdilər. Tez və düzgün yazan tələbə qalib oldu və hədiyyə qazandı.

3-cü yarışmada lövhədə ‘’R’’ hərfi altında misallar yazıldı. Hər komandadan 1 neçə tələbə misalları çəkib dəqiq və düzgün həll etdi.Tez və düzgün həll edən komanda qalib oldu.
Verilən Master klass dərsinin sonunda Bakı İdarəetmə və Texnologiya kollecin direktoru Faiq Şahbazlı çıxış edərək qeyd etdi -‘’Ulu öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram demiş həm müəllimlər həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar milli ruhda böyüyərək milli dəyərlərmizi hər şeydən üstün tutsunlar. Çünki bu, bizim gələcəymiz üçün əsasdır.