Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım günü keçirildi

Bakı İdarəetmə və Texnologiya kollecində dekabrın 12-də Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirildi. Əvvəlcə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başladı.

Tədbirdə Azərbaycan Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq birliyinin istehsalı olan Ulu öndərin 90 illiyinə həsr olunmuş “Dahi azərbaycanlı” adlı sənədli film nümayiş olundu.

Tədbiri Bakı İdarəetmə və Texnologiya kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı açaraq bildirdi ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır.

Faiq Şahbazlı vurğuladı ki, “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməzdir” deyən Ulu öndər Heydət Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.

O, qeyd etdi ki, Ulu öndərimiz 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dünyəvi dövlətə çevirmişdir. Dünya tarixinin dahi siyasətçisi Heydər Əliyevin şərəfli mübarizə yolunu bu gün Prezident İlham Əliyev uğurla və yaradıcılıqla inkişaf etdirərək Azərbaycanı dünyanın ən qabaqcıl və söz sahibi olan dövlətlərindən birinə çevirib.

Bakı İdarəetmə və Texnologiya kollecinin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru N.Məmmədova Heydər Əliyev və Dövlətçilik mövzusunda məruzə etdi. N. Məmmədova vəfatından 16 il keçən ümummmilli liderimiz Heydər Əliyevin həyat yolu və yürütdüyü siyasət, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət qurucUluğunda, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq əhəmiyyət kəsb edən neft strategiyasının qəbul olunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycan xalqının qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılmasında əvəzsiz rolu və misilsiz fəaliyyəti, eləcə də, Ulu öndər tərəfindən əsası qoyulan siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında ətraflı məlumat verdi.

Tədbirdə tələbə-gənclərin ifasında ümummilli lider Heydər Əliyevlə bağlı şeirlər səsləndirildi.

Tədbirin sonunda tələbələrə videoçarx göstərilmişdir. Bununla da tələbələr Heydər Əliyevin həyat dolu və siyasəti haqqında daha ətraflı məlumatlar aldılar.

Daha sonra tədbir iştirakçıları Ulu öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabanda Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə  gəlmiş, gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla  yad etmişlər.