Baki İdarəetmə və Texnologiya Kollecində Dövlət Bayrağı Günü qeyd edildi

 

Bakı İdarəetmə və Texnologiya kollecində noyabrın 7-də  Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə qonaq qismində Bakı İncəsənət Kollecinin Tələbə Gənclər Təşkilatının sədri və bir qrup tələbəsi iştirak edirdi.

Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başladı.

Tədbirdə çıxış edən Bakı İdarəetmə və Texnologiya kollecinin şöbə müdiri  Nərminə Məmmədova  Azərbaycan Respublikasının  üçrəngli zolaq üzərində ağ rəngli аурага və səkkizguşəli ulduz təsviri olan milli bayrağımızın  tarixi və milli dövlətçilik əhəmiyyəti,  məzmunu, funksiyaları, respublikamızda milli həmrəylik, milli dövlətçilik atributlarının bərpası, onların qəbulu və təbliği yolunda Prezident Heydər Əliyevin və İlham Əliyevin  müstəsna rolunu xüsusilə qeyd etdi. O, dövlətçilik atributlarının milli-mənəvi tərəqqidə, vətəndaş cəmiyyətinin formalaşmasında,  gənclərin vətənpərvərlik tərbiyəsində, Azərbaycan cəmiyyətində milli dövlətçilik təfəkkürünün və düşüncəsinin təkamülü və inkişafında rolu, gənc nəslin müstəqilliyin müqəddəs rəmzlərinə dərin hörmət və ehtiram, Vətənimizə, Azərbaycançılığımıza, Türkçülüyə, Türk dünyasına, islami dəyərlərinə, Qərb sivilizasiyasına məhəbbət ruhunda tərbiyə olunması haqqında ətraflı məlumat verdi.

N.Məmmədova Azərbaycan dövlətçiliyinin daha da inkişaf etməsində, möhkəmlənməsində  BİTK-də bu cür tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutması üçün BİTK-in tələbələrinin bilikli, hərtərəfli dünyagörüşlü olması və beynəlxalq səviyyədə rəqabətə davamlı bacarığının  vacibliyini qeyd etdi.

Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı  təntənəli şəkildə, alqışlar sədası altında zala  daxil edildi.

Tədbir tələbələrin hazırladıqları ədəbi-bədii proqramla başa çatdı.