Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şurasının iclası keçirildi.

12 sentyabr 2019-cu il tarixində Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) fəaliyyət planına uyğun olaraq 2019-2020-ci tədris ilinin
ilk Pedaqoji Şurasının iclası keçirildi. İclası giriş sözü ilə kollecin direktoru Faiq Şahbazlı açaraq müəllim kollektivini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, uğurlar arzuladı.

Kollecin direktoru Faiq Şahbazlı yeni tədris ilində görüləcək işlər, kollektivin qarşısında duran məqsəd və vəzifələr barədə ətraflı məlumat verdi.

İclasın gündəliyinə müvafiq 2019/1920-ci dərs ili üçün Pedaqoji Şuranın üzvləri və Şura katibi seçildi, fənn birləşmə sədrləri və metodiki şuranın tərkibi təsdiq olundu. Eyni zamanda Pedaqoji Şuranın 2019/2020-ci dərs ili üçün iş planı, həmçinin kollevin struktur bölmələrinin iş planları müzakirə edilərək təsdiq olundu.