İyulun 10-da növbəti Pedaqoji Şuranın iclası keçirildi.

Pedaqoji Şuranın növbəti iclası keçirildi

İyulun 10-da Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) 2018-2019-cu tədris ilinin yekunları ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirildi.

İclası şuranın sədri, kollecin direktoru Faiq Şahbazlı açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi:

1.Ön söz.

2.Kafedralarda görülən işlər və fənn proqramlarının mövcud vəziyyəti, görüləcək işlər barədə.

3.2018/2019-cu tədris ilinin yaz semestrinin nəticələri.

4.Tədris təcrübələrinin yekunları barədə.

5. 2018/2019-cu tədris ilinin Yekun Dövlət Attestasiya imtahanlarının nəticələri.

2018/2019-cu tədris ilində kollecdə tərbiyə işlərinin təşkili barədə.

7.Cari məsələlər və yekun.

Gündəlikdə olan məsələlərlə bağlı Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova, “Metodkabinet”in müdiri Xəlil Bağırov, Tədris hissə müdiri Təranə Məmmədova, “Şəbəkə və sistemlər” Şöbəsinin müdiri Ramal Əməşov, “İnformasiya texnologiyaları” şöbəsinin müdiri Kəmalə Əliyeva, “Serviz xidməti” şöbəsinin müdiri Təranə Vəliyeva, “Proqramlaşdırma və şəbəkələr” şöbəsinin müdiri Fatma Əzizbəyova, “Texnologiyalar və dizayn” şöbəsinin müdiri Təzəgül Abdullayeva, Qiyabi şöbənin müdiri Gülşən Əzizova, Qeydiyyat bölməsinin rəhbəri Aybəniz Qasımova, “İdarəetmə” şöbəsinin müdiri Gülnarə Qurbanova, kafedra müdiri Reyhan Zeynalova, həmçinin tədris-istehsalat təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti ilə bağlı bağlı təcrübə rəhbəri Aynur Allahverdiyevanın hesabat məruzələri dinləndi, dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edildi.

İclasda BSQ-lərin, semestr imtahanlarının, Yekun Dövlət Attestasiya imtahanlarının nəticələri, eləcə də yay tədris tapşırığı olan tələbələrlə işin təşkili barədə ətraflı məlumatlar verildi.

Müəllimlərdən Mərdan Camalov, Şölə Əfəndiyeva, Zəfər Mirzəyev, Rafiq Salahov və Ramilə Əfəndiyeva çıxış edərək, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər və müəyyən təkliflər verdilər.
Eyni zamanda, növbəti tədris ilində qarşıda duran vəzifələr, təlim-tərbiyə prosesinin təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, psixoloji xidmət və digər mövzular ətrafında da müzakirələr aparıldı. Müəllimlərə müvafiq tövsiyə və tapşırıqlar verildi.

Gündəlikdəki məsələlərin müzakirəsi və hesabat məruzələri dinlənildikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı çıxış edərək səsləndirilən fikirlərə münasibətini bildirdi.

2018/2019-cu tədris ilinin ikinci yarımilində görülən işlər və qarşıda duran vəzifələr haqqında danışan F. Şahbazlı cari məsələlərlə bağlı müəllimləri maraqlandıran sualları cavablandırdıqdan sonra 2019/2020-ci tədris ilində səmərəli əmək fəaliyyəti göstərməsi üçün kollektivə can sağlığı və xoş istirahət arzuladı.

Yekunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.