Məzun günü qeyd edildi

 

İyunun 13-də   Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK)  məzun günü qeyd edildi.

Tədbirdə özəl qurumların nümayəndələri, BİTK-nin fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edirdi.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı. BİTK-nin direktoru dosent Faiq Şahbazlı tədbiri giriş sözü ilə açaraq məzun tələbələri “Məzun günü” münasibətilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində ən xoş arzularını çatdırdı.

F.Şahbazlı tələbələrin özəl gününə toplaşan qonaqlara minnətdarlığını bildirərək qeyd etdi ki, BİTK müasir tələblərə cavab verən, məzunları əmək əmək bazarlarında özlərinə layiqli yer tapan yüksək ixtisaslı kadrlar hazırlayır.

Direktor ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hər zaman elm, təhsil sahəsinin inkişafına daim böyük önəm verdiyini, bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini, bu siyasətin hazırda Azərbaycan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Digər çıxış edənlər məzunları təbrik edərək, onlara dövlətimiz üçün layiqli, savadlı vətəndaşlar olmalarını və  Azərbaycanın gələcəyi naminə çalışmalarını tövsiyə etdilər.

Məzunların ənənəvi “papaqatma” mərasimi keçiridi. Daha sonra tədbir bədii proqramla davam etdi.