Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin maarifləndirici seminarı

Mayın 17-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin təşəbbüsü ilə “İnternet məkanında Azərbaycan həqiqətlərinin tanıdılması məqsədilə “Virtual mübarizə” adlı tədbirlərin təşkili “ ilə bağlı seminar keçirildi.

Tədbirdə Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin sədri Zaur Qəriboğlu, Müharibə Veteranı Qadınlarına Sosial Yardım rəhbərliyinin sədri Radə Abbasova, “Konflikt jurnalistika” məktəbinin rəhbəri Əlisafa Mehdi və Turan Acıları Könüllülər Ədəbi Məclisinin rəhbəri Aybəniz Qafarlı, həmçinin kollecin müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbirdə İnternet məkanında Azərbaycan həqiqətlərinin tanıdılması məqsədilə “Virtual mübarizə” adlı tədbirlərin təşkili “ mövzusunda mühazirələr oxunmuşdur.