Kimya üzrə fəlsəfə doktoru Mina Zeynalovanın “Vicdan məhkəməsi” əsərinin təqdimatı keçirilmişdir.

2019-cu il aprelin 3-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) kollecin müəllimi, kimya üzrə fəlsəfə doktoru Mina Zeynalovanın “Vicdan məhkəməsi” əsərinin təqdimatı keçirilmişdir. 
Əsərin səhnələşdirilmiş variantı iştirakçıların böyük marağına səbəb olmuş və alqışlarla qarşılanmışdır.
Tamaşa müəllif tərəfindən hazırlanıb. Rollar kollecin “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə”, “tikiş məmulatlarının texnologiyası” və “İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri ” ixtisaslarının tələbələri tərəfindən təqdim olundu. Tamaşada əsas rolları – Ramazan Rəcəbəov, İbrahim Novruzov, Cəmaləddin Əhmədov, Əfsanə Nəbiyeva, Süsən Sadıqova, Fidan Cəfərova, Jalə Səmədova , Günay Cahangirova, Nərgiz Ələkbərova, Fatimə Babayeva və Aydan Məcdunova ifa etdilər.
Tələbələrin uğurlu çıxışından sonra müəllimlər Mina müəlliməyə xoş arzularını bildirdilər.
Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı tamaşa haqqında fikirlərini söylədi. Qeyd etdi ki, belə bir əsərin hazırlaması tələbələrin potensialının yüksək səviyyədə olmasının göstəricisidir. Bu əsərdə ziyanlı vərdişlərin yaratdığı fəsadlar, gənclərin zərərli vərdişlərdən uzaq durması, sağlam həyat tərzinə üstünlük verməsi, həmçinin təhsildə müəllim nüfuzunun əhəmiyyəti nümayiş olunur.
Kollecin direktoru tamaşanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. .

Tamaşaya aid fotoları buradan izləyə bilərsiniz.