BİTK-də açıq dərs

 

Bakı İdarəetmə və Texnologiya Kollecin (BİTK) Təbiət fənn birləşməsinin  2019-cu il  30 yanvar  tarixli iclasının qərarına əsasən (protokol 6) nümunəvi açıq dərslərin təşkili prosesi davam edir.

2019-cu ilin may ayının 1-də Təbiət fənn birləşməsinin kimya müəllimi, kurikulum təlimçisi Könül Məmmədovanın Ə146-cı qrupunda Sabunlar və sintetik yuyucu vasitələr” mövzusunda nümunəvi açıq dərsi keçirildi.

Açıq dərsdə kollecin rəhbərliyi, Təbiət fənn birləşməsinin müəllimləri, həmçinin kollecin qabaqcıl müəllimləri iştirak edirdi.

K. Məmmədova açıq dərsi fəal təlim metodlarına əsaslanaraq keçdi. Açıq dərsdə fəal təlimin motivasiya, tədqiqatın təşkili, məlumatın mübadiləsi, nəticələrin çıxarılması və tətbiqetmədən ibarət mərhələlərinə əməl olundu.

Yekun mərhələdə qiymətləndirmə aparıldı. Qiymətləndirmə əməkdaşlıq, təqdimat, qrupda fəallıq və nizam-intizam meyarlarına uyğun təşkil olundu.

Dərsin sonunda açıq dərsin  geniş müzakirəsi aparıldı. Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı çıxışında açıq dərsdə müəllimin qarşısına qoyduğu məqsədlərə əsasən nail ola bilməsini xüsusilə vurğuladı. F.Şahbazlı sabunun və sintetik yuyucu vasitələrin gigiyenamıza xidmət etməsi, maye və bərk sabunun kimyəvi xassələri haqqında ətraflı məlumatın verilməsinin olduqca təqdirəlayiq olduğunu bildirdi.

 

Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova, kollecin müəllimləri Səidə Bayramova, Akifə Mehtiyeva, Şölə Əfəndiyeva  və s. çıxış edənlər Könül Məmmədovanın təqdim etdiyi açıq dərsi yüksək qiymətləndirib, onun orta ixtisas məktəblərində fəal təlim metodlarına əsaslanan açıq dərs üçün müəyyənləşdirilmiş tələb və standartlara uyğun formada təqdim edildiyini, bütün meyarlara cavab verdiyini vurğuladıar.