BİTK-də ilk partiya təşkilatının yığıncağı keçirildi

Mayın 1-də Bakı İdarəetmə və Texnologiya Kollecin (BİTK) ilk partiya təşkilatının yığıncağı keçirildi.

Yığıncaqda Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Bakı İdarəetmə və Texnologiya Kollecin (BİTK) ilk partiya təşkilatının sədri, kollecin direktoru Faiq Şahbazlı, ilk partiya təşkilatının sədr müavini Ülviyyə Abışova və kollecin müəllim heyyəti iştirak edirdi.

BİTK-in ilk partiya təşkilatının sədri, kollecin direktoru Faiq Şahbazlı çıxış edərək partiyanın keçdiyi çətin və şərəfli mübarizə yolundan, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasından, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində Heydər Əliyevin davamçısı İlham Əliyevin göstərdiyi böyük xidmətlərdən danışdı.

Daha sonra çıxış edənlər əldə olunan nailiyyətləri diqqətə çatdıraraq, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə, təhsil işçilərinə və tələbələrə göstərdiyi xüsusi qayğı və diqqətdən razılıqlarını ifadə etdilər.

Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olmuş şəxslərə partiya vəsiqələri təqdim edildi.