YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V konfransında iştirak haqqında

Aprelin 25-də YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirildi. Konfransda Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTK) ilk partiya təşkilatının sədr müavini Ülviyyə Abışova, BİTK-nın əməkdaşı Şamama Qubadova, kollecin Tələbə Gənclər Təşkilatının sədri Aynur Ağayeva, tələbələrdən Fuad Adgözəlov, Həmidə Əmirova, İlahə Məhərrəmli iştirak edirdi.

Tədbirdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Dövlət gənclər siyasətindən, bu siyasətin hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından söz açılaraq, əldə olunmuş nailiyyətlər vurğulandı.

Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə, o cümlədən Bakı İdarəetmə və Texnologiya Kollecinin əməkdaşı Şamama Qubadovaya partiyanın üzvlük vəsiqəsi təqdim olundu.