Bakı İdarəetmə və Texnologiya Kollecində “Fədakarlıq məktəbi” adlı layihəyə həsr olunmuş tədbir

Aprelin 19-da Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (İSBAM) təşəbbüsü ilə yazıçı-publisist Azər Hacıbəylinin “Fədakarlıq məktəbi” adlı layihəsi əsasında tədbir keçirildi.

Tədbirdə “Dövlət və Qanun” adlı qəzetin baş redaktoru, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbət qızı, yazıçı-publisist Azər Hacıbəyli və İSBAM-ın departament rəhbəri, eləcə də kollecin müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə BİTK-nın direktor müavini Pərvanə İsmayılova açdı.

Qonaqlar “Fədakarlıq məktəbi”- gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı ətraflı çıxış etdilər.