8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Bakı İdarəetmə və Texnologiya Kollecində tədbir

 

Beynəlxalq Qadınlar günü münasibətilə Bakı İdarəetmə və Texnologiya Kollecində martın 7-də tədbir keçirildi.

Tədbirdə çıxış edən Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı  qadınların cəmiyyətdə rolunun artmasına, Azərbaycanda hüquqi dövlət quruculuğunda və ictimai həyatda fəal olmasına geniş imkanlar yaradıldığını bildirərək, qadınlarla kişilər arasında bərabər imkanlar yaradılmasına Azərbaycan Respublikasının Prezidentiı İlham Əliyevin xüsusi önəm verdiyini vurğuladı. Bu gün dövlətin və cəmiyyətin idarə edilməsində qadınların iştirakını, eyni zamanda onların təhsil sistemində əhəmiyyətli yer tutduğunu bildirən F.Şahbazlı kollecdə 200 nəfərə yaxın qadının çalışdığını qeyd etdi.

Faiq Şahbazlı tədbirdə iştirak edən bütün qadın əməkdaşları təbrik etdi, onlara cansağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladı. Bayram münasibətilə kollektivin qadın əməkdaşlarından bir qrupuna Fəxri fərmanlar, təşəkkürnamələr təravətli gül-çiçəklər təqdim olundu.

Tədbir qadınların şərəfinə verilən ziyafət və tələbələrin hazırladıqları ədəbi-bədii proqramla başa çatdı.