Bakı İdarəetmə və Texnologiya Kollecində anım tədbiri

20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunub

Yanvarın 18-də Bakı İdarəetmə və Texnologiya Kollecində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd edilib. Tədbirdə kollecin rəhbərliyi, müəllim və tələbələr, həmçinin qonaqlar iştirak ediblər.
Öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı Azərbaycan tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan 20 Yanvar faciəsi barədə ətraflı danışıb. F. Şahbazlı qeyd edib ki, xalqımız Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış, milli qürur simvoluna çevrilmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini həmişə ehtiramla yad edir.
BİTK-nin tarix müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova qanlı yanvar gecəsinin həqiqətləri barədə ətraflı məlumat vermiş, xalqımızın oyanış ruhu, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalçı siyasəti haqqında ürək ağrısı ilə söz açmışdır. O, bildirib ki, təpədən-dırnağadək silahlanmış keçmiş Sovet ordusu hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürülmüş, 744 günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdir. Azəraycan xalqı heç vaxt bu ədalətsizliklə barışmayacaq.

Kollecin müəlimlərindən Xəlil Bağırov, Şölə Əfəndiyeva, Mərdan Camalov yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsinin ehtiramla yad edildiyindən söz açıblar.

Sonda 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş olunub