Yanvarın 4-dən başlayan imtahanlar normal axarda davam edir.

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) 2019-cu il payız semestrinin qış imtahan sessiyasına start verilib. Yanvarın 4-dən başlayan imtahanlar normal axarda davam edir.

Bakı İdarəetmə və Texnologiya Kollecində fərqli imtahan modelləri (test üsulu, yazılı imtahan) tətbiq edilir.

İmtahan prosesində tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.

İmtahan başlamazdan əvvəl imtahanların təşkili və onların gedişinə nəzarətin həyata keçirilməsi üçün yaradılmış işçi qrupu ilə görüşən Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı imtahan sessiyasının mövcud qaydalara, normativ sənədlərə uyğun təşkili, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin olunacağına əminliyini bildirib.

Tələbələrin imtahan nəticələrindən narazı qaldığı halda apellyasiya şikayəti vermək hüququ təmin edilib. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə tələbələrin müraciətlərinin operativ və obyektiv şəkildə araşıdırılması üçün Münaqişə Komissiyası yaradılıb. Münaqişə Komissiyasına müraciət edən tələbələrlər səbrlə dinlənilir və müvafiq addımlar atılır.

İmtahanlar yanvar ayının sonuna qədər davam edəcək.