Payız imtahan sessiyasına start verilib.

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) payız imtahan sessiyasına start verilib. 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara, normativ sənədlərə uyğun obyektiv keçirilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülmüş, İmtahan Mərkəzi, yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə Münaqişə Komissiyası yaradılmışdır. İmtahan sessiyası əyani şöbədə 04.01.2019-cu il tarixdə başlayıb və 31.01.2019-cu il tarixədək davam edəcəkdir. 
Təhsil Nazirliyinin təlimatına uyğun olaraq imtahan sessiyasının qaydalara uyğun şəkildə təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin olunmasına kömək etmək məqsədilə valideynlərin, həmçinin media nümayəndələrinin imtahanın keçirilməsində iştirakının təmin edilməsi də nəzərdə tutulub. 
İmtahanın nəticələri barədə məlumatlar operativ olaraq kollecin saytında (www.bitkol.edu.az+ “Tələbələr” + “İmtahan nəticələri”) müvafiq bölmədə yerləşdirilməsi nəzərdə tutulub.