Bakı İdarəetmə və Texnologiya Kollecində müasir təlimin metodları ilə bağlı təlim keçirilib.

Son illər həyata keçirilən müasir təlim metodları tədrisin səmərəliliyini daha da artırıb.
Azərbaycanda bir neçə ildir ki, ənənəvi təhsil sistemi öz dövrünü başa vurub.Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik ölkənin əsas prinsiplərinə uyğun yeni, müasir tələblərə cavab verən təhsil sisteminin qurulmasına başlanılıb. Hazırda tədris-təlim prosesində yeni texnologiyaların tətbiqi, pedaqoji prosesin idarəedilməsində yeni yanaşmalardan istifadə, keyfiyyətli sinif-dərs sisteminin qurulmasına geniş imkanlar açır. Sinif-dərs sisteminin keyfiyyət təminatında ənənəvi dərslərdən fərqli olaraq, müasir dərsin təşkili həlledici rol oynayır. Bu halda sinif mühitində son dərəcə əhəmiyyətli dəyişikliklər baş verir, öyrədənlə öyrənən arasında, tələbələrin öz aralarında və təhsil müəsisəsi valideynlər arasında müasir tələblərə cavab verən qarşılıqlı əlaqələr qurulur. 
Qeyd edək ki, müasir təlim prosesinin əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz düşüncəsi, ağlı, potensial enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür situasiyalarda işin məğzini tutub, çıxış yolunu tapmağı bacaran yüksək intellektli gənclər yetişdirməkdir.