Baki İdarəetmə və Texnologiya Kollecində ulu öndər Heydər Əliyevin anım günü qeyd edilib

Bakı İdarəetmə və Texnologiya kollecində Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başlayıb.
Tədbirdə “Heydər Əliyev böyük tarixi şəxsiyyət, müstəqil Azərbaycanın banisi və qurucusudur” adlı film nümayiş olunub.
Daha sonra tədbiri giriş sözü ilə açan Bakı İdarəetmə və Texnologiya kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hələ sağlığında tarixin yaddaşında əbədiləşdiyini bildirib. Faiq Şahbazlı vurğulayıb ki, Ulu öndər Heydər Əliyev şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil edib. Xalqımızın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bakı İdarəetmə və Texnologiya kollecinin müəllimi, ped. üzrə fəlsəfə doktoru N.Məmmədova “ Heydər Əliyevin Azərbaycan dövlətçiliyində rolu” mövzusunda məruzə edib. N. Məmmədova ümummmilli liderimiz Heydər Əliyevin həyat yolu və yürütdüyü siyasət, onun Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri haqqında ətraflı məlumat verib. 
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılıb və bu addımlar bu gün bizim uğurlu siyasətimizi şərtləndirir.
Heydər Əliyevin əməlləri, qurduğu dövlət, işıqlı ideyaları ölməzdir. Ulu öndərin ideyaları onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ümummilli liderin əməlləri davam etdirildikcə, ideyaları gerçəkləşdirildikcə Azərbaycan daha qüdrətli, daha rifahlı bir dövlətə çevrilir.
Daha sonra tələbələr Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədi və mahnılar ifa etdilər.
Tədbirin sonunda tələbələrə video çarx göstərilmişdir. Bununla da tələbələr Heydər Əliyevin həyat dolu və siyasəti haqqında daha ətraflı məlumatlar alıblar.