"Yeni fənn kurikulumları və onların tətbiqi" mövzusunda seminar keçirildi.

Oktyabrın 19-da Bakı İdarəetmə və Texnologiya kollecində "Yeni fənn kurikulumları və onların tətbiqi" mövzusunda seminar keçirilib. BİTK- nın direktoru Faiq Şahbazlı "Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, islahatın həyata keçirilməsi, bu işdə müəllimlərin üzərinə düşən vəzifələr, kollecdə təhsil alan tələbələrin ehtiyacları, təhsilverənlərin bu sahədə qarşılaşdıqları çətinliklərdən danışdı.
Daha sonra ADPU-nun müəllimi, ped.üz. fəlsəfə doktoru, Təhsil Nazirliyinin biologiya üzrə kurikulum hazırlanması üzrə işçi qrupunun rəhbəri K. Mahmudova hazırda təhsil sahəsində aparılan islahatlarla bağlı hazırlanmış normativ hüquqi sənədlər, bu sənədlərin təhsil işçiləri qarşısında qoyduğu vəzifələr, fənn kurikulumlarının strukturu və məzmunu, təlim strategiyaları, qiymətləndirmə, qiymətləndirmə vasitələrinin hazırlanması, fənn kurikulumlarını tələblərin yerinə yetirilməsi istiqamətində müəllimlərin qarşılaşdığı çətinliklər, çətinliklərin aradan qaldırılması yolları haqqında ətraflı məlumat verdi.
Seminarda kollecin müəllimlərinin sualları ətraflı cavablandırıldı, onlara metodiki tövsiyələr verildi.