Bakı İdarəetmə və Texnologiya Kollecində “Millik Müstəqillik Günü” ilə əlaqədar tədbir keçirilib.

Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTK) 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirib.
Tədbirdə kollecin müəllim-tələbə heyəti və qonaqlar iştirak ediblər.
BİTK-in direktoru Faiq Şahbazlı Azərbaycanın Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. 1991-ci ildə xalqımızın iradəsi, əzmi nəticəsində müstəqilliyimizin yenidən əldə edildiyini bildirən F. Şahbazlı Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutduğunu xüsusi vurğulayıb. Bu siyasətin uğurla davam etdirildiyini bildirən direktor qeyd edib ki, hazırda beynəlxalq aləmdə vəziyyət gərgin olsa da, Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunur və daha da möhkəmləndirilir.
Kollecin əməkdaşı Nərminə Məmmədova bildirib ki, müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Dövlət üçün müstəqillikdən, vətəndaşı üçün isə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçdiyini vurğulayan natiq Azərbaycanın tarixən qüdrətli dövlətlərə nümunə olduğunu qeyd edib.
Həmçinin ölkəmizin regionda həlledici söz sahibi olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılıb. N. Məmmədova daha sonra qeyd edib ki, tale elə gətirdi ki, Azərbaycan ötən yüzillikdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Ötən əsrin əvvələrində 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsi ilə Müstəqil Azərbaycan Respublikası yaradılmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə həyata keçirdiyi tədbirlərlə milli dövlətçilik ənənələrimizin bərpasında böyük rol oynamaqla nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı.
Nəhayət, SSRİ-nin dağılması ilə yaranan tarixi şərait, xalqımızın apardığı mübarizədə verilmiş şəhidlər və qanlar bahasına 27 il öncə , XX əsrin əvvədlərində itirilmiş müstəqilliyimizi bərpa etməyə nail olmaqla, 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi.
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı.
Azərbaycan xalqının böyük potensialının onu daim qoruduğunu, bacarığı sayəsində çətin durumlardan həmişə çıxış yolu tapdığını bildirən N. Məmmədova
müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdiyini qeyd etdi.
Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində xidmətlərinin əvəzsiz olduğunu vurğulayan N. Məmmədova bildirib ki, dahi şəxsiyyətin Azərbaycanda hakimiyyətə yenidən qayıtması ilə ölkəmiz müstəqilliyinin ilk illərində yaranmış bütün bəlalardan xilas olub.
Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz bütün sahələrdə mühüm inkişafa nail olub, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
N. Məmmədova Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, iqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatdığını vurğulayıb.
Sonda tədbir iştirakçılarını təbrik edən N. Məmmədova müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərməyin hər birimizin müqəddəs borcu oldunu diqqətə çatdırıb.