"Atəşgah" sığorta şirkəti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş təşkil olunub.

Oktyabrın 15-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKOL) "Atəşgah" sığorta şirkəti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində görüş təşkil olunub.
"Atəşgah" sığorta şirkətinin təmsilşisi Babək Məmmədov şirkətin fəaliyyəti, həyata keçirilən layihələr barədə məlumat verib.
Əldə olunmuş qarşılıqlı razılığa əsasən şirkətdə könüllü kimi çalışmaq istəyən tələbələr bu müəssisədə təcrübə keçəcək, iş prosesi ilə yaxından tanış ediləcəklər. Fəallıq göstərənlər şirkətdə müvafiq strukturlarda işlə təmin olunacaqlar.
Şirkət təmsilçisi Babək Məmmədov sonda tələbələrin suallarına cavab verib, təcrübə keçmək istəyənlərə anketlər paylanılıb.