“Education 2018” sərgisi keçirildi.

Oktyabrın 11-dən etibarən Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçirilir. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Respublika Prezidenti Cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Qeyd edək ki, bu il sərgi çərçivəsində Azərbaycan və xarici ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim edib. Sərgidə Bakı İdarəetmə və Texnologiya kollecinin bir qrup üzvü iştirak edib və stendlərlə tanış olublar.