Oktyabrın 5 –də Bakı İdarəetmə və Texnologiya Kollecində “Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir” keçirilib.

Tədbiri açan direktor F. Şahbazlı “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Direktor bildirib ki, Ümummilli lider Heydər Əliyev “Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyərək Azərbaycan xalqının fədakar müəllimlərinə yüksək dəyər verib, bu hörməti və dəyəri qoruyub saxlamaq və yaşatmaq isə hamımızın borcudur.
Daha sonra direktor F. Şahbazlı “Müəllimlər Günü” münasibətilə, eyni zamanda tələbələrin peşəkar kimi hazırlanmasında verdiyi töhfəyə görə bir sıra müəllimlərə "Təşəkkürnamə" təqdim edib və onlara pedaqoji fəaliyyətində uğurlar arzu edib.
Tədbir tələbələrin hazırladığı bədii proqramla davam edib.