Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən tədbir.

Oktyabrın 4-də Bakı İdarəetmə və Texnologiya kollecində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların ana südü ilə qidalandırılmasının faydaları” adlı tədbir keçirildi.
Tədbiri açan və qonaqları salamlayan direktor Faiq Şahbazlı belə mövzularda aparılan söhbətlərin sağlam Azərbaycan övladlarının yetişməsində müsbət rolundan danışdı və Komitə rəhbərliyinə təşəkkürünü bildirdi.
Tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilənana südü ilə qidalandırma həftəsi ilə bağlı məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova və həkim metodist Şəhla Mirzəzadə tələbələrə erkən nigahın problemləri, sağlam körpə böyütməyin yolları və ana südünün mühim əhəmiyyəti haqqında maraqlı məlumat verdi.
Bildirildi ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir. Bu cür maarifləndirici aksiyaların təşkili də dövlət səviyyəsində aparılan siyasətin tərkib hissəsidir. Bu tədbirdə ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində keçirilən bir çox layihələrdən biridir.
Qeyd edək ki, hər il oktyabr ayının ilk həftəsi Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir çünki, ana südü həm uşaq üçün, həm ananın özünün sağlamlığı baxımından çox önəmlidir.