Tədris hissə müdiri N. Nəbiyev kollecdən ayrıldı

2016 – cı il sentyabr ayından Bakı İdarəetmə və Texnologiya Kollecində Tədris hissə müdiri, 01.12.2016 – cı il tarixindən Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş Nofəl Nəbiyev bu gündən etibarən kollecdə fəaliyyətini dayandırdı. Çalışdığı müddət tələbə və kollektivin sevimlisinə çevrilən Nofəl bəyə bundan sonrakı işlərində uğurlar arzu edirik.
Qeyd edək ki, böyük əziyyət və əməyinin olduğu kollecdə müdriyyət, müəllim və işçi heyyətinin iştirakı ilə Nofəl Nəbiyev sonuncu dəfə kollecin direktoru Faiq Şahbazlı tərəfindənFəxri Fərmanla təltif olundu.