Baki İdarəetmə və Texnologiya Kollecində 17 senytabr yeni dərs ilinin başlanması qeyd edildi

Sentyabrın 17-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan BİTK-in direktoru Faiq Şahbazlı tələbə adını yenicə qazanmış gənclərimizi yeni tədris ili münasibətilə təbrik edərək, onlara dərslərində uğurlar arzuladı.
Faiq Şahbazlı Azərbaycanda təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan danışaraq bildirdi ki, təhsil sistemi son dövrdə çox böyük uğurlar əldə etmişdir. Belə ki, Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətdir - Prezident İlham Əliyev təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlayır. 
Təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şəraitin hər zaman diqqət mərkəzində olduğunu qeyd edən Faiq Şahbazlı Baki İdarəetmə və Texnologiya Kollecinin potensialı istiqamətində davamlı olaraq işlər görüldüyünü, keyfiyyətli təhsil mühitinin yaradıldığı və heç bir halda valideynlərin narahatlığı üçün əsas olmayacağını vurğuladı.
Faiq Şahbazlı mövcud problemlər və onların həllinin vacibliyini vurğulayaraq qeyd etdi ki, isər tədris və tərbiyə sahəsində, istərsə də kollecin maddi-texniki bazasının beynəlxalq təcrübə nəzərə alınaraq təkmişləşdirmək başlıca məqsədimizdir.
Tədbirin fəxri qonaqlarından Prezident və Silahlı qüvvələrin fəxri təqaüdcüsü, Qarabağ müharibəsinin iştirakçısı, I qrup Vətən əlili Arif Məhərrəmov övladının bu kollecdə təhsil aldığını bildirərək, yeni tələbə adı qazanan gəncləri təbrik etdi. O, tələbələri öz bilikləri, bacarıqları, əxlaqları ilə cəmiyyətdə nümunə olmağa çağırıb, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə səslədi.
Tədbirdə iştirak edən valideyn Qüdrət Hüseynov valideynlər adından BİTK-ə qəbul olan tələbələri təbrik edərək, olara təhsil sahəsində uğurlar arzuladı.
Tədbirdə bu il Bakı İdarəetmə və Texnologiya Kollecinə yüksək balla Aslanov Musa, yuxarı kurs tələbələri adından isə - əlaçı Qasımova Türkan çıxış edərək qazandıqları müvəffəqiyyətlərdən danışaraq, öz təssüratlarını bölüşdülər.
Tədbirdə mətbuat nümayəndələri də iştirak edirdi.
Tədbir “Azərbaycan” qəzetinin müxbiri, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik fondu”nun məruzəçisi, filologiya üzrə fəlsəfə doktoru Həsənov Rəhmanın “AXC və milli dövlətçilik ənənələrinin yaranması” mövzusunda mühazirəsi ilə başa çatdı.