Kollecimizin tələbəsi "Döyüş növləri" turnirinin qalibi olub

Gənclər və İdman Nazirliyinin Suraxanı rayon gənclər və idman idarəsi, Beynəlxalq Döyüş Növləri Konfederasiyasının Azərbaycan nümayəndəliyi və "Free Fighting" Peşəkar İdman Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Döyüş növləri" üzrə turnir keçirilib. Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) Menecment şöbəsinin II kurs tələbəsi Rüfət Məmmədov həmin turnirdə 75 kiloqram çəki dərəcəsində, 17 yaş qrupunda "MMA" (Qarışıq növlü döyüş) sistemi üzrə I yerə layiq görülüb. R.Məmmədov yarışın təşkilatçıları tərəfindən diplom və medalla təltif olunub.