Bilik yarışı keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə kolleclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bilik yarışı keçirilir. Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) bir qrup tələbəsi də bu yarışda iştirakçı olub. Bu gün Bilik Fondunun nümayəndəsinin iştirakı ilə kollecin sinif otağında həmin tələbələrə test blankları paylanılıb. Test blanklarındakı Azərbaycan Xalq Cümhuriyyəti barədə suallar hər bir tələbə tərəfindən ayrı-ayrılıqda cavablandırılıb. Daha sonra bu test blankları Bilik Fondunun nümayəndəsinə təhvil verilib.