Tələbələr tarix muzeyində ekskursiyada olublar

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) bir qrup tələbəsi tarix müəllimi Şölə Əfəndiyevanın rəhbərliyi ilə Milli Azərbaycan Tarix Muzeyində ekskursiyada olublar. Muzeyin bələdçisi müəllim və tələbələrə muzey barədə, həmçinin burada qorunan eksponatlar barədə ətraflı məlumat verib. Muzeylə tanışlıq tələbələrdə tariximizə böyük maraq oyadıb, onlarda müsbət təəssürat yaradıb.