Tələbələr “Dendroloji park”da ekskursiyada olublar

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BITKol) biologiya müəllimi Səidə Bayramova “Sistemlər” şöbəsinin “Bələdiyyə təsərrüfatının təşkili” ixtisası üzrə təhsil alan bir qrup tələbəni Mərdəkan ərazisində yerləşən və AMEA “Dendrologiya İnstitutu”nun tabeliyində olan “Dendroloji park”a ekskursiyaya aparıb. Ekskursiya zamanı institutun bələdçisi “Dendroloji park” haqqında tələbələrə ətraflı məlumat verib. Bildirilib ki, “Dendroloji park” 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olub. Buraya dünyanın müxtəlif ölkələrindən bitki növləri gətirilib. Dendroloji parkda ümumilikdə 420 növ ağac, 100 növdən çox efiryağlı, texniki dərman bitkiləri, 50 növə qədər cır halda bitən bitki nümunələri vardır. Ekskursiya zamanı tələbələr nadir bitkilər haqqında maraqlı məlumatlar əldə ediblər. Ekskursiyanın sonunda tələbələr xatirə şəkli çəkdiriblər.