Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) Servis xidməti şöbəsinin təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisəsində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib.

Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açıq elan edən şöbə müdiri Təranə Vəliyeva görkəmli şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi illərdə təhsilə, elmə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyimizin yenidən bərpasından sonrakı illərdə təhsilin inkişaf etdirilməsi, savadlı gəncliyin yetişməsi üçün böyük islahatlar həyata keçirib. Məhz onun təşəbbüsü ilə SSRİ dövründə yüzlərlə gənc dünyanın bir çox xarici ölkələrinə ali təhsil almaq üçün göndərilib. Şöbə müdiri qeyd edib ki, hazırda bu siyasət ulu öndər siyasi məktəbinin yetirməsi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. T.Vəliyeva Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə elmin, təhsilin inkişafı yolunda həyata keçirilən layihələri də diqqətə çatdırıb.

Tədris istehsalat işləri üzrə direktor müavini, tarix müəllimi Şakir Mikayılov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət və xalq qarşısındakı misilsiz xidmətlərindən söhbət açıb.

Kollecin II kurs tələbəsi Zeynəb Hacıyeva ulu öndər Heydər Əliyevin Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğısından, onlara göstərdiyi etimaddan danışıb.

Sonda ümummilli lider Heydər Əliyevə həsr olunmuş filmə baxış olub.