“Çiçəklənən doğma Azərbaycanım” adlı tədbir keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 11 aprel prezident seçkilərinə həsr olunmuş “Çiçəklənən doğma Azərbaycanım” adlı tədbir keçirilib. Kollecin Təbiət elmləri fənn birləşməsinin sədri Gültəkin Zeynalova çıxış edərək, qarşıdan gələn prezident seçkilərindən, seçkilərə hazırlıq səviyyəsindən, hər bir vətəndaşın, seçicinin üzərinə düşən məsuliyyətdən söhbət açılıb. Bildirilib ki, hər kəs seçici hüququndan istifadə etməli, seçki günü səsvermə məntəqələrinə gələrək öz iradəsini ifadə etməli, Azərbaycanın sabahı, ölkəmizin daha da inkişaf etməsi naminə layiqli namizədə səs verməlidir.

Sonra tədbirdə müəllimlərin metodiki işlərinin təqdimatı olub. Fizika müəllimləri Nazilə Cəfərova, Nuranə Əhmədova, Aidə Cəlalova fizikanın inkişafında Azərbaycan alimlərinin rolundan danışıblar. Müəllimlərdən Gülnarə İbrahimova “Azərbaycanın coğrafi mövqeyi”, Könül Məmmədova “Dahi şəxsiyyət, böyük alim Xudu Məmmədovun Azərbaycan kimyasında yeri və rolu”, Səidə Bayramova “Azərbaycanın florası”, Simuzər Namazova “Neft və ondan alınan məhsullar”, Səidə Cavadova “Azərbaycanın seleksiyaçı alimləri”, Aynurə Bədirova “Ayda və Marsda adlarına kraterlər olan azərbaycanlı alim, şair və müğənnilər”, Ramidə Qafarova “Qırmızı kitaba düşən heyvanlar” mövzusunda təqdimatlar ediblər.