Payız imtahan sessiyasına start verilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) payız imtahan sessiyasına start verilib. 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə müvafiq əmr imzalanıb, İmtahan Mərkəzi yaradılıb. İmtahan sessiyası əyani şöbədə 29.XII.2017-ci il tarixdə başlayıb və 01.II.2018-ci il tarixədək davam edəcək. Qiyabi şöbədə isə imtahan sessiyası 04.12.2017-ci il tarixdə başlayıb 28.XII.2017-ci il tarixdə başa çatıb.

İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 akademik saat müəyyənləşdirilib.

Onu da əlavə edək ki, əmrdə imtahan sessiyasının qaydalara uyğun şəkildə, obyektiv və şəffaf keçirilməsinə kömək etmək məqsədi ilə arzu etdikləri halda valideynlərin, həmçinin media nümayəndələrinin imtahanın keçirilməsində iştirakını təmin etmək kimi məsələlər də nəzərdə tutulub. Bununla yanaşı, 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək üçün Münaqişə Komissiyası da fəaliyyət göstərir. Tələbələr imtahan nəticələrindən narazı olduqları halda BİTKol-un Münaqişə Komissiyasına müraciət edə bilərlər. İmtahan nəticələri barədə məlumatlar operativ olaraq kollecin saytında (www.bitkol.edu.az+ “Tələbələr” + “İmtahan nəticələri”) müvafiq bölmədə yerləşdirilir.