Növbəti kurikulum təlimi keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) növbəti kurikulum təlimi keçirilib. Kollecin kimya müəllimi Könül Məmmədovanın keçdiyi təlimlərdə iştirakçıların kurikulumla tanışlıq səviyyəsi öyrənilib, yeni fənn kurikulumlarının tətbiqi, kurikulumu zəruri edən səbəblər barədə geniş məlumat verilib. Eyni zamanda, dünya təhsil sisteminə inteqrasiyadan, informasiya əsrinin tələblərindən, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddən, təhsilin məqsəd və vəzifələrinə yeni baxışdan söhbət açılıb. Təlimçi K.Məmmədova beyinin tədqiqi, Hovart Gardner nəzəriyyəsi əsasında “Müxtəlif üsullarla dərketmə”, həmçinin bu nəzəriyyəyə görə dərketmənin üsulları mövzusunda fikirlərini bölüşüb.


Üç gün davam edən təlimlərdə K.Məmmədova müəllimlər dərsdə tətbiq etsinlər deyə, onlara 30 sualla müraciət edib. Bu 30 sualdan sonra ayrı-ayrılıqda onların riyazi məntiqi, söz ehtiyatı, musiqi meyilli olması aşkar olunub. Bildirilib ki, müəllimlər tələbələri qruplara ayırarkən bu üsullardan istifadə etməlidirlər. Çünki, hər qrupda həm riyazi-məntiqi, həm də söz ehtiyatı (Linqvistik) zəngin tələbə olmalıdır. Təlimlərdə dərketməyə iki baxış; “Ənənəvi baxış” və “Müasir üsullarla dərketmə” nəzəriyyəsi izah olunub, BİBÖ (Bilirəm, İstəyirəm Biləm, Öyrəndim) cədvəli ilə müəllimlər test edilib.

 

Təlim çərçivəsində K.Məmmədova müəllimləri təhsil islahatının mərhələləri ilə ətraflı tanış edib.

 

http://bitkol.edu.az/gallery/events/view=67