Bakı İdarəetmə və Texnologiya Kollecinə ağır itki üz verib

Bakı İdarəetmə və Texnologiya Kollecinə ağır itki üz verib. Kollecin  əməkdaşı Sabir İsmayıl oğlu Tarverdizadə mayın 25-də ömrünün 62 baharında xəstəlikdən dünyasını dəyişib.

Sabir Tarverdizadə 1955-ci il mayım 1-də anadan olub.Əmək fəaliyyətinə 1976-cı ildən başlayıb. 1977-1980-ci illərdə Bakı Yeyinti Sənayesi Texnkumunda təhsil alıb. O, 1979-1994-cüillərdə Bakı Karamel fabriki, daha sonra Xətai rayonu Qaz İdarəsi, 2011-2016-cı illərdə isə Bakı Kompüter Kollecində çalışıb. 2016-cı il 1 sentyabrda kolleclərin birləşməsi səbəbiylə əmək fəaliyyətinə BİTKOL-da davam etdirib.

Sabir müəllim gözəl insan, fədakar ata idi, eyni zamanda da kollecimizdə üzərinə düşən işi ləyaqətlə yerinə yetirirdi.

Sabir müəllimin əziz xatirəsi yaddaşlarımızda daim yaşayacaq. Kollecin rəhbərliyi  müəllim və tələbə heyəti adından Sabir Tarverdizadənin ailəsinə dərin hüznlə baş sağlığı diləyirik.

ALLAH RƏHMƏT ELƏSİN!