Sabir Rüstəmxanlının bacısının adı korrupsiya qalmaqalında hallanır.

Hörmətli sayt izləyəcilərimiz, sizə https://haqqin.az/analytics/99577 saytında dərc olunan məqalənin azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Sabir Rüstəmxanlının bacısının adı korrupsiya qalmaqalında hallanır.

Son zamanlar Azərbaycan rəhbərliyi təhsilin təkmilləşdirilməsinə xüsusi diqqət göstərir. Daha yeni tədris proqramları işlənib hazırlanır, dərs vəsaitləri yenilənir, yeni tədris binalarının - məktəb, kollec, ali təhsil ocaqlarının tikilməsilə bərabər, istifadəyə yararlı binalarda əsaslı təmir işləri aparılır.

Bu isə o deməkdir ki, dövlətimiz təhsilimizi dünyaya tanıtmaq üçün böyük sərmayələr sərf edir. Bəs bu sərmayələr  hər zaman doğru ünvana yetişə bilirmi? Təhsildə olan çatışmamazlıqlar və bəzən də biabırçılıqlardan bəhs edən məqalə haqqin.az saytında çıxanda  bizə gələn məktub və zənglərin sayına baxsaq, bu mövzunun hələ də aktual olduqunu görürük. Son zamanlar isə narazılıqların ünvanı nədənsə orta ixtisas təhsili müəssisələridir.

Bu dəfə redaksiyamıza iqtisadiyyatımızın bir çox sahələri üzrə mütəxəssis hazırlayan Bakı İdarəetmə və Texnologiya Kollecinin bir qrup müəllimi müraciət etdi. Adından da göründüyü kimi, bu kollecin məzunlarına elm, istehsalat və eləcə də təhsil sistemində ehtiyac var. Bəs bu kollec qarşısına qoyulan vəzifələri  nə dərəcədə dogrulda bilir?

Müəllimlərin kollecdəki  ümumi ab-hava, tədris və yardımçı otaqların vəziyyəti haqqında söylədiklərindən qənaətimiz heç də yaxşı olmadı. Yarıtmaz tədris üsulları ilə (imtahan və zaçotlar pulla yazılır) yanaşı, kollecin təsərrüfatı da, nəinki dağılmış, tam oğurlanmış vəziyyətdədir. Və burda ən inanılmaz məqam isə, kollecin rəhbərlərindən birinin müxalifətçi və həqiqətsevər Sabir Rüstəmxanlının bacısı İlahə Əliyevanın olmasıdır. Son zamanlar  yoldaş Rüstəmxanlı ölkədə korrupsiya ilə mübarizənin vacibliyi  mövzusuna çox diqqət yetirir. Bəlkə bu mübarizəni elə öz doğma bacısından başlasın?



Rüşvətxorluq, dövlət büdcəsinin talan olunması və tələbələrin “ciblərinə girmə”  bu kollecdə o qədər dərin köklər salıb ki, yeni təyin olunmuş direktor  Varis Allahverdiyev bu hallarla mübarizəyə başladığına görə, kollecin köhnə işçilərindən bəziləri ona qarşı böhtan kampaniyasına əl atdılar və iş gəlib çıxdı məhkəməyə.

Redaksiyaya müraciət edən müəllimlərin dediyinə görə, indiki direktor- V.Allahverdiyev Moskva Dövlət Universitetinin məzunudur və Azərbaycan Turizm Universitetinin müəllimi olub, yəni təhsil sahəsində səriştəsi olan insandır. O, əvvəlki rəhbərlikdən miras qalmış və dağılmış vəziyyətdə olan bu müəssisənin normal fəaliyyətini bərpa etmək üçün ağır bir  yükün altıda qalıb.  V. Allahverdiyev ilk növbədə rüşvəti ləğv edərək, təhsilə və dəvamiyyətə nəzarəti gücləndirdi və bu kollektivin bir hissəsinin xoşuna gəlmədi. Direktorun qarşılaşdığı çətinliklər haqda bizə müəllimlər məlumat verdilər.


Təyinatdan sonra direktor kollecdəki vəziyyətlə ilk tanışliqdan dəhşətə gəldi. Biz onu yaxşı anlayırdıq, çünki bir az əvvəl kollecin təmirinə xeyli vəsait ayrılmışdı və bəzi yerlər rənglənmişdi. Lakin dağılan və çürüyən yerlər əvvəlki vəziyyətdə idi.

İlk öncə V.Allahverdiyev maliyyə hesabatına cavabdeh şəxsi- müavini İlahə Əliyevanı  (S.Rüstəmxanlının bacısı) dəvət edərək, ondan təmirə ayrılmış vəsaitin hara xərcləndiyini soruşduqda, xanım Əliyeva bu vəsaitin əvvəlcə 119 968 manat ,daha sonra isə 48 250 manat təşkil etdiyini bildirmişdir.Lakin vəsaitin hara xərcləndiyi sualı cavabsız qaldı.

Daha sonra direktora tələbələrdən hər semestr 250 manat , dərsə gəlməyənlərdən isə əlavə olaraq daha 250 manat rüşvət alınımağı haqda faktlar  məlum  oldu.Və hər yeni yoxlamada V.Allahverdiyev İ.Əliyevanın adıyla rastlaşırdı.

Yeni təyin olunmuş direktor qaydalara uyqun olaraq inventarizasiya keçirdi və məlum oldu ki,ümumi məbləği 74. 000 manat olan 44 ədəd kompüter çatışmır.

Təmirə ayrılmış vəsaitin necə xərcləndiyinin araşdırılması üçün komissiya yaradıldı. İ.Əliyeva üzv olmasına baxmayaraq komissiyanın işinə qatılmadı.Əksinə, onun qardaşı Sabir Rüstəmxanlı direktora zəng edərək, yüksək tonla onun bacısını rahat buraxmasını tələb etdi. Direktor yazıçının bacısının da bu ciddi çatışmamazlıqlara cavabdehlik daşıdığını bildirdikdə, Rüstəmxanlı onu təhqir etdi.Bir neçə pedaqoq bu telefon danışığının şahididir. Bütün bunlara baxmayaraq, komissiya 44 kompüterin və təmirə ayrılan pulların böyük bir hissəsinin yoxa çıxması faktlarını təsdiqləyən kimi İ.Əliyeva işdən azad olundu.

Ümumiyyətlə, keçmiş rəhbərlik bütün işlərini kommersiya üzərində qurmuşdu. Tələbələr hər hansı problemi rüşvətlə rahatca həll edirdilər. Bir çox müəllimlər, məsələn Aynur Allahverdiyeva və Şakir Həmzəyev də , tələbələrdən zaçot və istehsalat təcrübəsində iştirak etməmək üçün pul yığırdılar. Direktor bu cür halların tam aradan qaldırılmasına  nail oldu.

Ayrı-ayrı əməkdaşlar təkcə bununla kifayətlnmirdilər.Məsələn  İ,Əliyeva  kollecdə bir otağı diş həkiminə kirayə verərək kirayə haqqını da mənimsəyirdi.

Müəllimlərə qarşı kəskin cəza üsulları tətbiq etməyən yeni direktor sadəcə onlardan tədrisə daha məsuliyyətlə yanaşmanı və rüşvət almamağı tələb edir. Bu tələblərə cavab verməyən müəllimlərin bəziləri öz istəkləriyıə işdən azad olundular, digərləri isə üz tutdular məhkəməyə.Və indi direktorla tərəfdarları məhkəmələrdə vaxt itirərək digər problemlərlə üzləşirlər. Biz dövlət əmlakının mənimsənilməsini təsdiqləyən sənədləri prokurorluğa təqdim etdikdə, onlar bizdən auditorlar palatasının qərarını tələb etdilər. Auditorlar palatası isə bu işi görməyə  10 000 manat istədi. Axı biz bu ödənişi necə edək?


Müxbirimiz kollecin binasını gəzərək “çox bahalı  “ təmir işlərinin nəticəsi ilə də tanış oldu. Bu binada təhsil almaq nəinki sevindirici deyil, hətta çox təhlükəlidir.Qırıq döşəmələr, sallanan tavanlar, sınıq unitazlar acınacaqlı bir mənzərə yaradır. Və təbii olaraq direktor təmir pullarının hara xərcləndiyi ilə  maraqlanır. Ancaq günahkarlar  cəzalandırılmaq əvəzinə, haqsız haqlını məhkəməyə verir.

Direktor V.Allahverdiyevin təşəbbüsü ilə kollektiv yenilənib, lakin qanun İ.Əliyeva kimilərinin yenidən direktor müavini vəzifəsində işləməsini təmin edə bilər. Tanıyanlarının dediklərinə görə Astara Pedaqoji texnikumu və Gəncə Müəllimləri Təkmilləşdirmə institutu tərəfindən İ.Əliyevaya verilən  diplomların  saxta olmasa da,  biliklə deyil- pulla alınmasına baxmayaraq, bu xanım keçmiş vəzifəsinə qayıtmaq niyyətindədir.

 

Keçən cümə günü məhkəmə İlahə Əliyevanın yenidən direktor müavini vəzifəsinə bərpa edilməsi haqqında qərar verib. Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın İ.Əliyevanın xeyrinə verdiyi hökmlə , o yenidən öz vəzifəsinə qayıtmağa hazırlaşır.


Bu qərarla razılaşmayan 200 nəfər kollec müəllimi şikayət ərizəsiylə Appelyasiya məhkəməsinə müraciət edəcəklər.

Bu qərarın acınacaqlı tərəfi isə budur ki, gənclər belə ”pedaqoqlardan” nümunə götürərək gələcək fəaliyyətlərində səhv qərarlar verə bilərlər.