İlon Maskın yeni proyekti.


Space-X və Tesla kompaniyalarının sahibi İlon Mask yeni startap- Neuralink kompaniyasını yaradaraq yeni interfeys vasitəsiylə insan beynini kompüterə qoşmaq fikrindədi. Kompaniyanın əsas məqsədi elə bir qurğu yaratmaqdı ki,onu insan beyninə implantasiya etməklə, son nəticə olaraq insanları proqram tərtibatıyla birləşdirmək və süni intellektin nailiyyətlərindən geri qalmağa imkan verməməkdir. Bu yeniliklər yaddaşı düzəltməyə və hesablama qurğularıyla  birbaşa əlaqəyə girmək imkanı verəcək. Hal-hazırda bu cür interfeyslər yalnız elmi fantastikada yer almaqdadı.Bu günə qədər tibb sahəsində Parkinson , epilepsiya və digər neyrodegenerativ xəstəlikl ərin beyinə vurduğu zərəri aradan qaldırmaq üçün elektrod qəfəslərdən və digər implantlardan istifadə olunub. Neyrobioloqlar belə bir fikirdədilər ki, insan beyninin fəaliyyətini tam anlamaq,  neyronların əlaqələrini və informasiya toplama qabiliyyətini bütövlükdə öyrənmək hələ də müşkül məsələdi.