İstehsalat təcrübəsi

BITKOL-da istehsalat təcrübələri yekunlaşmaq üzrədi. Mayın 3-də istehsalat təcrübələri yekunlaşan qruplar arasında  304-cü qrup da var idi. ”Zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması” ixtisası üzrə bu qrupun tələbələrinin təcrübə yekunları çox maraqlı keçdi. Hesabatlarını təqdim edib nəzəri bilikərini göstərən tələbələr daha sonra əl işlərindən ibarət bəzək əşyalarını nümayiş etdirdilər. Belə bir nəticə hasil olundu ki, istehsalat təcrübəsi müəllimləri Eduard Şamaryayev və Xatirə Quliyeva tələbələrlə keyfiyyətli nəticə əldə ediblər.