Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iclası keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti genişləndirilmiş iclası keçirilib.

İclası açıq elan edən kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev gündəliyə çıxarılan məsələləri elan edib.

İclasın gündəliyi təsdiq edildikdən sonra Kollecin “Tədris Metodika” Şurasının sədri Firudin Nəsirov fənn komissiyalarında görülən işlər və fənn proqramlarının vəziyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. İclasda kollecin Metodiki Kabinetin müdiri Aynurə Mahmudovanın 2016/2017-ci tədris ilində görülən işlərə dair hesabatı da dinlənilib. Yığıncaqda Tədris-istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov tədris təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti haqqında məlumat verib. İclasda tədris hissə müdiri Təranə Məmmədovanın, tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidovun, tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyevin hesabatları da dinlənilib.

Yığıncağın sonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Varis Allahverdiyev çıxış edərək öz fikir və iradlarını bildirib, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün kollektivə uğurlar arzulayıb.