Ali təhsil, yoxsa peşə təhsili mövzusunda diskussiya

Təhsil almaq, müəyyən peşəyə sahib olmaq hər bir gəncin qarşısına qoyduğu məqsədlərdəndir. Lakin son zamanlar peşə təhsilinə maraq azalıb. Hüquqşunasların, həkimlərin, mühəndislərin sayı çoxaldığı halda,  qaynaqçılara, dərzilərə, aşpazlara tələbat artıb. Bəs nə üçün bizdə hamı diplom ardınca universitetə qaçır? Peşə təhsili önəmli deyilmi? Bu sualın cavabını Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbələri ilə müzakirə edildi.