"Microsoft"un yeni bulud aləti


“Microsoft” korporasiyası yeni bulud tətbiqi və xidməti olan”Microsoft intune” servisi üzərində qurulmuş ”İntune for Education” alətini təqdim edib. Bu alət “Microsoft”un digər bulud xidmətləri iləməsələn “School Data Sync” xidmətiylə asan inteqrasiya olunaraq “İntune for Education” məktəb qeydiyyat reyestrinin məlumatları əsasında avtomatik qruplar yaradır. Məsələn, məktəb reyestində hər hansı şagird müəyyən fənn üzrə tədris siyahısına əlavə olunduqda,o, avtomatik olaraq “İntune for Education” platformasında müvafiq qrupa daxil olur və lazımi tədbiqlərdən istifadə hüququ əldə edir. Bu yenilik gələcəkdə azərbaycan məktəblərində tədrisin  məhsuldarlığının artmasına rəvac verəcək. ”Microsoft Azerbaijan” ölkədə innovasiya sahəsinin inkişafına, müəssisələrin iqtisadi səmərəsinin artmasına və təhsil sisteminin transformasiya olunmasına xidmət edir.