İlk robotlaşmış kafe


San-Fransiskoda KafeX adlı ilk robotlaşdırılmış kafe fəaliyyətə başlayıb.Kafedə cəmi bier neçə adam işləyir, qalan işləri robotlar edir. Hər robot öz təyinatı üzrə müştərilərə xidmət göstərir. Məsələn, robot-ofisiant qabları, çəngəl bıçaqları masaya düzür, müştərilərə qəhvə gətirir. Digər robot Barista isə, saatda 100 fincan qəhvə hazırlaya bilir. Robotlar qoyulan vəzifəni qüsursuz yerinə yetirsələr də,  restoranlar nədənsə insanların əməyindən tamamilə imtina etməyə hazır deyillər.