İNGİLİS DİLİNDƏ AÇIQ DƏRS

İNGİLİS DİLİNDƏ AÇIQ DƏRS.

Ingilis dili müəlliməsi Günay Abdullayeva II kurs proqramlaşdırma ixtisasının tələbəriylə “Məşhur cütlüklər” mövzusunda açıq dərs keçirib. Mövzuya giriş pazıllar vasitəsiylə keçirilir, onlar açıldıqca tələbələr mövzuyla tanış olurlar, və təqdim olunan cütlüklər haqqında bildiklərini söyləyirlər. Daha sonra onlara verilən bir neçə informasiyanın doğru olub olmadığını təyin etmək təklif olunur. Ardınca verilən mətni oxuyub, tələbələrə informasiyadakı səhfləri lövhədə düzəltmək imkanı verilir. Öyrəndiklərini möhkəmləndirmək üçün tələbələrə stulətrafı oyuna keçmək təklif olunur. Bu mərhələdə onlara suallar verilir və doğru cavab verən tələbə oyunda qalır,digərləri isə oyunu tərk edir. Bu etapın sonunda mükafatlandırma edilir. Daha sonra Obamalar haqqında tələbələrə video göstərilir və bununla bağlı qrammatika mərhələsinə keçid  alınır , ona aid tapşırıqlar verilir. Tapşırığın doğru cavabını isə əyləncəli şəkildə ( doğru cavab masanın altında gizlədilir) tələbələr tərəfindən tapmağ xahiş olunur. Daha sonra materialla bağlı tələbələrə qulaq asıb eşitdiklərini yazmaq üçün disk dinlədilir. Açıq dərsin sonunda tələbələr qonaqlar üçün canlı mahnı ifa edirlər.

 

Dərsi BİTKOL-un direktoru Varis Allahverdiyev, şöbə müdirləri və metodist müəllimlər izləyiblər. Açıq dərsin müəllim tərəfindən təşkili və tələbələrin fəal iştirakı izləyənlər tərəfindən yüksək qiymətləndirilib.