“Gəzməyə vətən yaxşı”

Bakı İdarəetmə və Texnologiya Kollecinin “M201” qrup tələbələri 23-25 fevral 2017-ci il tarixlərində “Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi” “Azərbaycan Prezidenti yanında Gənclər Fondu”nun mailiyyə dəstəyi ilə “Gəzməyə vətən yaxşı” adlı üç günlük təlim-seminarda iştirak etmişlər. Təlim zamanı tələbələr “Bələdçi texniki peşə bilikləri” fənnindən leksiyalar dinləmiş, sonda isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda praktik ekskursiyaya cəlb olunmuşlar. Həmçinin tələbələrə bələdçiliklə bağlı metodiki vəsait paylanmışdır. Sonda uğurlu iştirakı ilə fərqlənən tələbələr sertifikatla təltif olunmuşlar (FOTO).